IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> рассказы,публицистика, критика, письмо итд :), зацени :)
ELSHAD
сообщение 19.02.2006, 20:50
Сообщение #1


Профи
****

Группа: Пользователи
Сообщений: 2,439
Регистрация: 10.05.2005
Пользователь №: 138



сюда можете скинуть понравившийся вам рассазы, публицистику, критические статьи,воспоминанья итд. итп. кстати случайно такой темы нет?\ huh.gif
..так вот можем даже написать свое мнение, понравился л вам, что вы думаете итд smile.gif кстати если рассказ слишком длинный то лучше ссылку скинуть
начну я, сегодня нашел:





CODE
[color=#000000]Qarışqa daraşmış məhəbbət

15.02.2006
SEYMUR  BAYCAN





   Adətimdir, hər axşam işdən sonra şəhərdə bir-iki saat gəzişirəm. Dünən paytaxt küçələrində gözümə minlərlə sevgili sataşdı. Onlar əllərində bir-birinə bağışladıqları kiçik hədiyyələri yellədə-yellədə, xoşbəxtcəsinə gəzərək həyatın dadını çıxarır, dişlərini ağardırdılar. Gül mağazalarında əcaib basırıq vardı. Paytaxtı məhəbbət rahiyəsi bürümüşdü. Minlərlə sevgili yanımdan xoşbəxtcəsinə keçdikcə, məni bir sual düşündürürdü. Əgər ölkədə bu qədər bir-birini sevən insan varsa, məmləkət niyə belə bərbad gündədir?

Daha sonra şüur axını başladı və beynimdə yeni sual doğdu. Bəs məni niyə sevən yoxdur? Axı universitetdə oxuduğum illərdə bir-iki sevgi deyilən epizodik hallar olmuşdu. Bu suala cavab tapmaq məqsədilə şəxsi arxivimdə eşələndim. Mənə yazılan və yazıb da ünvanına ötürə bilmədiyim (güya cəsarətsizlikdən) məktubları təkrar oxudum. İlahi, insan necə düşük olarmış! Öz keçmişimə xəcalətdən əllərimlə üzümü qapamaqla yas tutdum. Hərçənd otaqda özümdən savayı heç kim yox idi.

Bu zaman İTV-nin bakirə efirində bir cavan psixoloq qadın məhəbbət mövzusunda danışırdı. Anidən boğuq səsli kişi psixoloq xanıma belə bir sual verdi: «İndi minlərlə gəncimiz dolanışıq ucbatından çörək dalınca Ursetə gediblər. Onların yolunu gözləyən qızlara nə deyərdiniz?» Cavan psixoloqu bu sual xeyli kədərləndirdi. O dedi ki, bu, birtərəfli sevgi, birtərəfli məhəbbət adlanır. Birtərəfli, cavabsız məhəbbət də qanadsız quş kimi bir şeydir. Quş olmağına quşdur, amma qanadları yoxdur. Uça bilmir. Ümumiyyətlə, Azərbaycanda psixoloq da, siyasətçi də, motorist də, dönərsatan da, bir sözlə, hamı şair kimi danışır və nədənsə azərbaycanlılar ən xoşagəlməz halları, hadisələri qanadı yox quşa bənzədirlər.

Dostlar, ən sevimli məşğuliyyətim şəhərdə bizim milli sevgililəri müşahidə etməkdir. Bu sevgililər bir də görürsən küçənin ortasında eynən teleserial qəhrəmanları kimi deyişir, ucadan söz atışmasına girişir, sonra bir-birinin sinələrindən itələyir, daha sonra oğlan qıza nümayişkaranə şillə vurur, qızı yolun ortasında qoyub arxaya baxmadan gözdən itir. Qız yaxınlıqdakı skameykaya çökür, ağlaya-ağlaya bir az əvvəl oğlanın bağışladığı açılmamış tənha qızılgül qönçəsini zibilqabına tullayır.

Səhnələşdirilmiş məhəbbətə yoluxan qızların ən böyük arzusudur ki, sevdiyi oğlan qəfil küçədə ona şillə vursun. Güya ciddi, qısqanc oğlandı və sözü adama bir dəfə deyir. Belə sevgililər ayrılan günün gecəsi «Əlvida demirəm, görüşdük bəlkə», “Bu gecə yuxuma girmə, ay Allah!» sözləriylə zəngin «pod vopros» janrında qıcqırmış mahnılar dinləyərək, ayrı-ayrılıqda bir-birinin həsrətini çəkirlər. Onlar gecə üşüyür, soyuq divarlar üstlərinə yeriyir. Bir müddət belə üşüdükdən sonra ayrılıq limiti bitir və onlar başa düşürlər ki, daha bir-birindən ayrı yaşaya bilməzlər. Yenidən görüşürlər. Yenə də bir yerdə dondurma yeyirlər, hər şey olduğu kimi təkrarlanır. Onlar üçün ayrılığın motivi yoxdur. Eynən bizim milli kliplərdən qaynaqlanır ayrılıqları.

Bizim kliplərə baxırsan, hər şey qaydasındadır. Bir insanın arzulaya biləcəyi rifah dolu yaşayış var. Ev var, uşaq var, maşın var, cütlər arasında xarici görünüş baxımından balans var, bir-birinə yaraşırlar, amma qəflətən nədənsə naməlum səbəbdən evə dava düşür. Özü də bizim kliplərdə həmişə kişi qadını divanın üstünə itələyir və üstünə həmişə yastıq atır. Tez bir-iki geyim əşyasını çantaya yığıb, evi tərk edir. Təbii, hirslidir, maşını yüksək sürətlə idarə edir, yadına ötən günlər düşür, sükan əlindən çıxır, maşın yol kənarındakı ağaca çırpılır. Qız bunu telefonda eşidir. Telefon əlindən yerə düşür. Bundan sonra  məhəbbətin ikinci mərhələsi, ölüyə məhəbbət başlayır.

Yaxşısını Səyyad Əlizadə edir. Öz yaradıcılığına çox səmimi yanaşan bu adamın fikrincə, qaranquşlar gələndə sevişmək, qaranquşlar qayıdanda ayrılmaq lazımdır. Bu mövzuda kitabı təzə çapdan çıxmış Zahirin bir şeiri var:



Quşlar yuvalarına,

yarpaqlar budaqlarına

tüpürüb getdilərsə,

başladı demək.

Payız xəyanətlər fəslidir...[/color]


biggrin.gif
Пользователь в офлайнеКарточка пользователяОтправить личное сообщение
Вернуться в начало страницы
+Ответить с цитированием данного сообщения

Сообщений в этой теме
ELSHAD   рассказы,публицистика, критика, письмо итд :)   19.02.2006, 20:50
diables   Как-то раз, мне послали рассказ, [color=#FF0000]...   19.02.2006, 20:54
Roksi   Как-то раз, мне послали рассказ, [b][color=#FF000...   19.04.2006, 20:59
ilmar   сюда можете скинуть понравившийся вам рассазы, пу...   20.02.2006, 09:04
BaNdItKa   Если честно от Сеймура Байджана такого не ожидал....   20.02.2006, 11:22
Lana   [quote name='ilmar' post='57156' d...   17.04.2006, 16:04
ilmar   Если честно, не понимаю такого сарказма. Таких ...   17.04.2006, 16:31
Lana   Не хочу обсуждать в этой теме такие вещи. Все что...   18.04.2006, 08:24
ilmar   Вы знаете, зависть - один из самых отвратительн...   18.04.2006, 12:58
ELSHAD   :lol: ну ты сказал. Значит этт Сеймур- уже извес...   20.02.2006, 13:42
ilmar   :lol: ну ты сказал. Значит этт Сеймур- уже извес...   20.02.2006, 15:06
ELSHAD   Oxudum Ilmar.. O dogurdanda "dushuk" imi...   20.02.2006, 15:41
diables   Следующий рассказ, [b][color=#FF0000]Tota! ...   23.02.2006, 03:31
ilmar   Публицистика Ган Туралы мне особо не нравится. Но...   22.03.2006, 14:29
ЕРАЗОЧКА   diables,потрясающий рассказ...я заплакала...... :(...   18.04.2006, 00:42
Lana   длдлд   18.04.2006, 10:50
ELSHAD   до чего дошло, кто то считает С. Байджана гением :...   18.04.2006, 11:35
WN   Lana pishet: Esli vam interesno, ya toje znayu ...   18.04.2006, 11:43
Lana   Жаль, что Модератор вырезал некоторые части, мне ...   18.04.2006, 13:49
ilmar   Вы знаете, модератор вырезал фразу:Может Вы сам...   18.04.2006, 14:25
Xari-bulbul   Пост пользовательницы Lana был удален. И все посл...   19.04.2006, 11:18
Lana   Приношу благодарность Модератору за то, что он пре...   19.04.2006, 15:58
Xari-bulbul   Уважаемая Lana. Ваше "обсуждение" превра...   19.04.2006, 20:11
ilmar   Эльчин Гасанов Дом Ландау Его звал...   20.04.2006, 12:23
WN   Прoчитaл рaссkaз “Дeн рoждeния”. Тoжe oчeнь пoнрaв...   20.04.2006, 20:45


Ответить в эту темуОткрыть новую тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 



Текстовая версия Сейчас: 10.12.2011, 13:59
Администрация форума Вirlik не несёт ответственности за сообщения и размещенные материалы на форуме.
Всё написанное является частным мнением независимых пользователей форума.