IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

 
Ответить в эту темуОткрыть новую тему
> 14 NƏfƏr DalĞaçı HƏbs Olundu
Плачущий Дождь
сообщение 31.01.2008, 14:50
Сообщение #1


Активист
***

Группа: Пользователи
Сообщений: 757
Регистрация: 12.10.2006
Пользователь №: 2,353



Gənclər Rəsulzadəyə canlı heykəl qoydular

QayNar: Dalğa Gənclər Hərəkatının Məmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı planlaşdırdığı aksiyaya polis müdaxilə edib. Bu gün saat 13:00-da nəzərdə tutulmuş aksiyanın başlamasına 2 saat qalmış 3 nəfər Dalğaçı metronun Sahil stansiyası yaxınlığında gül alarkən polis nəfərləri tərəfindən saxlanılaraq Səbail rayon 39-cu polis bölməsinə aparılıblar. Buna baxmayaraq aksiyanı keçirmək qərarından dönməyən Dalğaçılar əvvəlcədən planlaşdırılan yerə gəlmişlər. İştirakçılardan 1 nəfər üzünə M.Ə.Rəsulzadənin maskasını taxaraq öndərin heykəliymiş kimi fontanın yanında dayanıb. Bu zaman ona yaxınlaşan Dalğaçılar “heykəl”in ayaqları altına güllər düzmüş, onun xatirəsini yad etmişlər. Dalğaçılar eyni zamanda fontana da gül ləçəkləri və güllər ataraq, burada əslində Rəsulzadə abidəsinin ucalmalı olduğunu və bu gün buranın güllərlə əhatələnməli olduğunu bildirmək istəmişlər. Dalğaçılar gülləri düzdükdən sonra oraya yaxınlaşan polis nəfərləri 11 nəfər Dalğaçını Səbail rayon polis bölməsinə aparmışlar. Dalğaçılardan az öncə aldığımız məlumata görə polis işçiləri onları polisin istədiyi qədər bölmədə saxlayacaqları ilə hədələyirlər.
Saxlananlardan biri Ramil Hacılı polis bölməsindən «Azadlıq» radiosuna bildirib ki, onlardan izahat alıblar:
«Burda bizdən izahat alınır, şəxsiyyət vəsiqəmizi tələb edirlər. Hələ burdayıq…»
Bölmədən «Dalğa»nın sədr əvəzi Araz Qasımov isə bunları deyib:
«Biz Məmməd Əmin Rəsulzadənin xatirəsini yaşatmaq üçün oraya insan qismində heykəl qoyduq və heykəlin qabağına güllər düzməyə başladıq. Polis müdaxilə etdi. Bizi taksilərə oturdub bölməyə gətirdilər. Bizə protokol yazdırmaq istədilər, ancaq qanun pozuntusu olmadığı üçün biz bundan imtina etdik, dinc aksiya keçirmişdik, gül qoymuşduq».

Изображение

Изображение

Изображение

http://news.qaynar.info/?mod=view&id=11386

eger kiminse imkani varsa,mene bu movzunun rus dilince tercumesini yazin.



--------------------
Ты ушла под Дождь
Я вслед смотрел тебе
Сидя у окна

ты ушла под Дождь
Держался
Ревели за меня Небеса..

Пользователь в офлайнеКарточка пользователяОтправить личное сообщение
Вернуться в начало страницы
+Ответить с цитированием данного сообщения

Ответить в эту темуОткрыть новую тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 



Текстовая версия Сейчас: 12.12.2011, 01:06
Администрация форума Вirlik не несёт ответственности за сообщения и размещенные материалы на форуме.
Всё написанное является частным мнением независимых пользователей форума.